Sənə görə! | Hüseyn Abdullayev

İstəyirəm ki,olanlar qəlbimdə sirr kimi qalsın,
Bəzi sözlər vardır ki,hər kəsə açıb demək olmur,
Odur ki,sən də soruşma səbəbini,söyləmərəm,
Onsuzda söyləsəm artıq heç bunların mənası yox,

Gəl bunları biz unudaq birdəfəlik.
İstərsən,qəlbimdən silim acıları,
İstərsən,bəxş edim sənə dünyaları,
İstərsən,mən də unudum varlığımı,
SƏNƏ GÖRƏ!

Yetər ki,o qəmli gözlər yenə gülsün,
Ötüb keçən xoş günlərim yada düşsün,
Mən də baxım qəm-kədəri tez unudum,
SƏNƏ GÖRƏ!

Hüseyn Abdullayevin bu şeirinə özü bəstələdiyi mahnı Röyanın ifasında.Buyurun dinləyin...

 

6 şərh

Telebe_42

Mənim bəlkə poeziyadan xəbərim yoxdu, biri başa sala bilər ki bu şerin birinci bəndində nə baş verir? axi orda sözlər uyğun gəlmir

Karizma
Menseni basa salim.Birincisi Huseyn Abdullayev sair yox gozel bestekardir.Ola biler ki onun yazdigi serde nese sehv olsun .Amma o esasen gozel mahni;lari ile taninib.Royanin demek olar ki, butun mahnilarini o besteleyib.Roya oz populyarligini ona borcludur.Amma biz hemise oldugu kimi senetkarlarin qedrini yene bilmedik
Telebe_42
Fikirlərinlə razı deyləm. Bu qədər səhv olmaz axı. Bilireəm ki, bunu nəyəsə əsaslanıb yazıb. ama məntiqimin buna gücü çatmır. O üzdən soruşdum.
katana
men bilmirem sehv yoxsa, duz basa dusmusem, deyesen qiz kecmisde cox qem- keder yasayib yeyqin, sevib ancaq sevgilisi ona atib .Indi onu urekden seven birisine rast gelib. O da, sorusurki niye bele qemlisen ?Qiz da  serde yazilan kimi deyir.....
pascal
Bildiyimiz mahnıların əksəriyyətinin yaranmasında əvvəlcə şeir yazılır, sonra ona musiqi bəstələnir. Bu mahnıda isə, deyəsən əvvəl musiqi, sonra sözlər yaranıb. Ona görə də bu şeirin ifadə tərzi, vəzn ölçüsü, qafiyə düzülüşü və ahəngdarlığı uyğunsuzluq təşkil edir.
gapgara
Gözəl yazıb, sözləri də, musuqisi də, əladər. Röya bu mahnını oxuyanda evdə, yolda, küçədə… hara getsən hamı bu mahnıya qulaq asırdı… Gözəldir!!!